Azərbaycandan bunu gözləyirik – Paşinyan

Azərbaycandan bunu gözləyirik – Paşinyan

Bu gün biz regional kommunikasiyaların iş rejimində blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

O bildirib ki, Ermənistanın həqiqətən bunda maraqlı olduğunu vurğulamaq istəyir:

“Biz ölkəmizin suverenliyinə və yurisdiksiyasına əsaslanan bütün nəqliyyat-iqtisadi əlaqələri və kommunikasiyaları blokdan çıxarmağa başlamağa hazırıq. Mən bu mövqeyi bir daha təsdiqləmək istəyirəm ki, həm Ermənistanın sərhəd, həm də gömrük xidmətləri bütün nəqliyyat vasitələrinin, xüsusən də qatarların Ermənistan ərazisindən normal keçməsini təmin etməyə hazırdırlar.

Biz gözləyirik ki, Azərbaycan dəmir yolu yüklər üçün açıq olacaq, Azərbaycandan keçməklə Rusiya Federasiyasına və İrana Ermənistan qatarları gedəcək.

Biz bu məsələnin paritet əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həllini gözləyirik”.

Teqlər: