Azərbaycandan ATƏT PA-ya seçkilərlə bağlı təklif

Azərbaycandan ATƏT PA-ya seçkilərlə bağlı təklif

İki gün əvvəl Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a diplomatik mənbələr məlumat verib.

Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Teqlər: