Xəbər - Çingiz Səfərli – Trend:
Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin (kiflənmə) aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb.
AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, 2017-ci ildə ölkəmizdən ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı 17, 2018-ci ildə 16, 2019-cu ildə 10 bildiriş daxil olub.
“2020-ci ildə bununla bağlı ölkəmizə heç bir bildiriş göndərilməyib. 2021-ci ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan digər ölkələrə ümumilikdə 38 bildiriş göndərilib. Sözügedən bildirişlərin hamısı öz təsdiqini tapıb”.