Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Qafqaz Regionlararası İdarəsi Azərbaycandan Rusiyaya pomidor və şaftalının keçirilməsini qadağan edib.
AzerTimes-ın məlumatına görə, Rusiyaya buraxılmayan məhsulun həcmi 120,1 ton təşkil edib.
Qeyd olunub ki, iyulun əvvəlindən Qafqaz Regionlararası İdarəsinin “Viaduct” müvəqqəti anbarına və Dərbənd dəmiryol stansiyasına Azərbaycan və İrandan 8,96 min tondan çox meyvə vətərəvəz çatdırılıb.
Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan gətirilən 83,2 ton pomidor və 36,9 ton şaftalı Rusiya ərazisinə buraxılmayıb.
(Tərcümə: Orxan Nəbiyev)