Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan DİN-in Ərazi Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ Tavuş vilayətinin Barana, Karvansara, Dilican və Şəmşəddin şəhərlərində, həmçinin Açacur kəndində 3 bal gücündə hiss edilib.