Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda koronavirusa qarşı istifadə olunan “Sinovac” vaksini bizi mutant virusdan da qoruyacaq. Yetər ki, bizim insanlarımız o vaksinasiyaya bir az anlaşıqlı münasibət göstərsinlər.
AzerTimes-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
A.Qurbanov qeyd edib ki, hələ də bəzi insanlar vaksinin mənfi təsirlərindən danışır:
“Guya bu vaksinin içərisində nələrsə var, insanlara pis təsir edir. Bu fikirlərin hamısı absurddur, cəfəngiyyatdır. Həmin vaksinin içərisində öldürülmüş virus var və bu bizi aktiv viruslardan qoruyur”.