Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq.
AzerTimes xəbər verir ki, bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.
“Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar”, – S.Mancavidze fikrini yekunlaşdırıb.