Azərbaycandakı Milli Gimnastika Arenası böyük təsürat
yaradır.
Bunu şənbə günü AzerTimes-a Niderlandın Azərbaycandakı səfiri
Pauline Eiseman deyib.
Onun sözlərinə görə, arenaya ilk dəfədir gəlir, çünki cəmi bir
il yarımdır ki, ölkədə işləyir və pandemiya səbəbindən yarışlar
tamaşaçısız keçirilirdi.
“Şadam ki, yarışda üç idmançımız iştirak edir və onlardan ikisi
hətta medal qazanıb. İdmançıların özləri də Bakıdakı Milli
Gimnastika Arenasından çox heyran qalıblar. Onlar qeyd edirlər ki,
dünyada cəmi bir neçə oxşar məkan var və düşünürəm ki, onlar
yenidən bu arenada keçirilən tədbirlərdə məmnuniyyətlə iştirak
edəcəklər”, – deyə Pauline Eiseman bildirib.
Səfir ümumilikdə Azərbaycan ilə Niderland arasında əlaqələrin
çox yaxşı inkişaf etdiyini, bu yaxınlarda diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirib.
“Sevindirici haldır ki, iki ölkə arasında münasibətlər bir çox
sahələrdə inkişaf edir və bu inkişaf davam edir”, – Pauline Eiseman
deyib.