Xəbər - Elçin Mehdiyev – Trend:
Bu ilin 10 ayı ərzində Azərbaycanda hansısa dini icma dövlət qeydiyyatına alınmayıb.
Bunu AzerTimes-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.
Y.Əliyeva bildirib ki, hazırda Azərbaycanda 970 dini qurum fəaliyyət göstərir: “Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 01.09.2009-cu il tarixindən bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb.
Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür.
Qeyri-islam təmayüllü dini qurumlardan 26-ı xristian, 8-i yəhudi,1-i krişna, 2-i bəhai dininə aiddir.