Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın
hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün
Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir,
dinc insanların həyatlarına təhlükənin qarşısının alınmasını vacib
sayırıq.
AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin
sədri Allahşükür Paşazadə deyib.
O qeyd edib: “Qocalar, qadınlar, uşaqların qaçqın taleyi
yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması
üçün biz, dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və
qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu
torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin
istəyidir”.