Azərbaycanda zəlzələ: Afterşoklar olacaq…

Azərbaycanda zəlzələ: Afterşoklar olacaq…

Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

“İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

Hər hansı tələfat və ya dağıntı haqqında məlumat yoxdur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur.

Teqlər: