2022-ci ildə Azərbaycan Auditorlar Palatası kiçik və orta audit
təşkilatları və müstəqil auditorlar tərəfindən istifadə oluna
biləcək audit proqram təminatı almağı planlaşdırır.
Bunu Trend-ə
Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
Onun sözlərinə görə, çirkli pulların yuyulmasına və
terrorçuluğun maliyyələşdirilməsinə (PL/TMM) qarşı mübarizə
tədbirlərinin sayının artırılması da nəzərdə tutulur.
“Bundan əlavə, 2022-ci il ərzində bazar iqtisadiyyatı şəraitində
metodoloji nəzarət bazasının yaradılması, müvafiq təkliflərin
hazırlanması, audit sistemində yüksək texnologiyaların və
innovasiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur”, –
deyə V.Novruzob bildirib.
O qeyd edib ki, 2022-ci ilin sentyabrında Azərbaycanın Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə və xarici ekspertlərin
iştirakı ilə “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və
şəffaflıq” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.