Azərbaycanda yol qəzalarının sayı artıb

Ötən il Azərbaycanda baş verən yol qəzalarının sayı artıb.

AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda
istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, 2020-ci ildə 1 587 yol-nəqliyyat hadisəsi qeydə
alınıb və 696 ölüm olub: “2021-ci ildə isə 1 649 yol-nəqliyyat
hadisəsi baş verib və 705 ölüm faktı qeydə alınıb. Ötən il
təəssüflər olsun ki, yol qəzalarının sayında cüzi də olsa artım
var”,- deyə idarə rəisi bildirib.

Teqlər: