Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina
inşa olunub.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan
Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova
deyib. Onun sözlərinə görə, artıq binanın tikintisi tam başa
çatıb.

Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına
çatmayan məhkumlar psixoloji xidmətlər üçün də şərait yaradılıb.
Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına
çatmayan məhkumlar yeni binaya köçürüləcək”,- A.Sabitova deyib.

Teqlər: