Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür – Nazir

Azərbaycanda da yerli vaksinin hazırlanması ilə bağlı işlər
görülür.

AzerTimes-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev
jurnalistlərə bildirib ki, söhbət sırf Sars-Cov 2 əleyhinə
vaksindən getmir.

O qeyd edib ki, vaksin istehsalı strateji istehsalatdır.

“Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən
halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab
olaraq vaksin istehsalatını təmin edə bilər”, – deyə nazir
bildirib.

Teqlər: