Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü Rəna Rafiq qızı İmanovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Ramal Raiz oğlu Qurbanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.
Araşdırma aparılır.