Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub.
Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.