Azərbaycanda yeni turizm marşrutları yaradılıb

2021-ci ildə turizm sahəsində qanunvericilik bazasının
təkmilləşdirilməsi, yeni turizm marşrutlarının yaradılması
istiqamətində işlər davam etdirilib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Hesabatda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş
dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin siyahısında dəyişiklik edilib, “Yuxarı Baş” Qoruğunda
qeydiyyatda olan abidələrin siyahısına 58 abidə əlavə olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 iyul
tarixli Qərarı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və
Təbiət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.

Agentlik tərəfindən Xınalıq kəndinin “Ən yaxşı turizm kəndi”
müsabiqəsində iştirak etməsi üçün Ümumdünya Turizm Təşkilatına
müraciət ünvanlanıb. Müsabiqə nəticəsində Xınalıq kəndi 130 kənd
içərisindən seçilərək, əlavə 20 kəndin də qalib olduğu
təkmilləşdirmə proqramına daxil edilib. Bununla da, Xınalıq kəndi
Ümumdünya Turizm Təşkilatının “Ən Yaxşı Turizm Kəndləri” şəbəkəsinə
daxil olub.

Teqlər: