Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.