Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr
müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında
deyib.

O bldirib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən
sonra bəzi məntəqələr üzrə sayın Seçki Məcəlləsində nəzərdə
tutulandan çox olmasıdır.

R.Qasımov bildirib ki, bundan sonra da dairə seçki komissiyaları
bununla bağlı işlərə başlayacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin
ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.

Teqlər: