Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda yeni musiqi aləti yaradılıb.
AzerTimes xəbər verir ki, “RA.TAR” adı verilən musiqi alətinin ideya və müəlliflik hüququ Ramil İsgəndərova məxsusdur. Yeni alət görünüşünə görə tara bənzəsə də bir sıra xüsusiyyətlərinə görə ondan fərqlənir.
“Tarın üzərinə inək ürəyinin pərdəsi çəkildiyi halda, burada üz qapağı taxtadandır. Alət tam şəkildə elektronlaşdırılıb. Səslənməsi də ənənəvi tardan tamamilə fərqlidir. Bu ideya məndə yaranandan sonra dərhal hazırlanması üçün ustalarla görüşdüm. Alətin hazırlanmasından 3 ustanın – Musa Yaqubov, Şirvan Həziyev və Fikrət Quliyevin əməyi var. Mən onların hər birinə təşəkkür edirəm. Ümid edirəm ki, “RA.TAR” Azərbaycanda da, dünyada da sevilən musiqi alətinə çevriləcək”, – deyə müəllif qeyd edib.