Azərbaycanda yeni – körlinq idman növü yaradılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Ocaqsport” klubunun idarə heyətinin sədri Vəfa Bəkərova Heydər Əliyev adına İdman-Konsert Kompleksində jurnalistlərə açıqlamasında bildirib.
O, idman həvəskarlarını bu növlə məşğul olmağa dəvət edib:
“Körlinq Qış Olimpiya Oyunlarının proqramına daxil olan bir idman növüdür. Bütün idman həvəskarlarını bu idman növü ilə məşğul olmağa dəvət edirəm”.