Azərbaycanda yeni doğulanların çoxu oğlan uşaqlarıdır

Xəbər - Elçin Mehdiyev – Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-mart aylarında 29 484 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 təşkil edib.

AzerTimes-ın məlumatına görə, doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 708-iəkiz, 21-i isə üçəm doğulub.

Ümumilikdə ölkə əhalisinin sayı ilin əvvəlindən 10981 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il aprelayının 1-i vəziyyətinə 10130114 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Teqlər: