Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb.

Trend bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, “AZFİNANS” MMC iyulun 16-da dövlət qeydiyyatından keçib. Təşkilatın nizamnamə kapitalı 300 min manat təşkil edir.

MMC-nin rəsmi nümayəndəsi İlqar Əliyevdir.


Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: