Azərbaycanda yeni Ailə Məcəlləsi sənədi hazırlanacaq

Xəbər - Çingiz Səfərli -Trend:

Qarşıda bizi yeni Ailə Məcəlləsi sənədinin hazırlanması gözləyir.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin ailə dəyərləri ilə bağlı apardığı sorğu bu baxımdan böyük əhəmiyyət kəsb edir.

“Milli mənəvi dəyərlərə söykənən ailə dövlətin özəyini təşkil edir. Demokratik dövlətlərin həyata keçirdiyi siyasət insan resursuna yönəlməlidir. Bütün dünyada, o cümlədən Azərbaycanda da tarixən formalaşan ailə institutu var. Dövlət bu modelin qorunması üçün müxtəlif proqramlar icra edir”, – deyə Bahar Muradova əlavə edib.

Teqlər: