Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası mobil operatorlar arasında yeni tezliklərin paylanması cədvəlini və gələcək istifadə üzrə planını təsdiq edib.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.
“Bu gün bizim qarşımızda yeni tapşırıq dayanır. 5G texnologiyasının tətbiqi üçün hansı tezliklər ayrılmalıdır? Hazırda 5G şəbəkəsinin tətbiqi layihəsi demək olar ki, hazırlanıb, layihə indi razılaşdırma və müzakirə mərhələsindədir”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)