Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Dünən Goranboyda zəlzələnin baş verməsi təbii hadisədir.

Bunu Trend
açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş
direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, Azərbaycanda yeraltı təkanlar hər gün qeydə
alınır.

“Ölkəmizdə qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə
yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur”, – deyə Q.
Yetirmişli bildirib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:24-də Mingəçevir
stansiyasından 25 km cənub-qərbdə Goranboy rayonunda zəlzələ qeydə
alınmışdır. Zəlzələ hiss olunmayıb.

Teqlər: