Xəbər - Çingiz Səfərli – Trend:
Hazırda ölkəmizdə 132 000 əcnəbi yaşayır.
AzerTimes-ın məlumatına görə bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə ölkəmizdə olan əcnəbilər əsasən qonşu ölkələrdəndir.
“13 faizi 15 günə qədər olanlardır hansı ki onların qeydiyyatsız olurlar. 15 gündən artıq olduqda isə artıq onlar qeydiyyata alınırlar.
2021 ildə əcnəbilər üçün 6740 iş kvotası müəyyən edilib.
Gələn il bu rəqəm artıralacaq. Çünki nəzərə almalayıq ki azad edilən torpaqlarımızda bərpa quruculu işləri gedir və cəlb olunan şirkətlərdə əcnəbi işçi qüvvəsinə ehtiyac artıb.”, – deyə o qeyd edib