Azərbaycanda yanvar ayında bahalaşan və ucuzlaşan məhsullar məlum olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda yanvar ayında bahalaşan və ucuzlaşan məhsullar
məlum olub.

AzerTimes-ın
məlumatına görə, cari ilin yanvar ayında əvvəlki aya nisbətən
ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun,
qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq
ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın,
qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə
yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın,
armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın,
sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao
tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının
qiymətində qeydə alınıb.


Ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun
və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Teqlər: