Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəriciləri açıqlanıb.
Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan üzrə yanğın indeksi Ordubadda orta, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Həmçinin yanğın indeksi Daşkəsən, Göygöldə kiçik, Gədəbəy, Gəncə, Ağdam, Tovuz, Tərtər, Şəmkir, Ağstafa, Naftalanda isə orta yanğın təhlükəsi növündədir.
Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi Qax, Qəbələ, Şəki, Balakən, Oğuz, Zaqatalada isə orta yanğın, Quba-Xaçmaz bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Quba, Qusarda, Xızıda orta, Şabranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Eyni zamanda qeyd edilib ki, Dağlıq Şirvan üzrə Qobustan, İsmayıllı, Şamaxıda və Lənkəran-Astara bölgəsi Astara, Lənkəran, Lerik, Yardımlıda orta yanğın təhlükəsi var.
Bildirilib ki, iyunun 7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
“Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur”, – deyə məlumatda qeyd olunub.