Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin avqust ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 104,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən məlumat verir.
2021-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 712,2 milyon manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci il ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparmışdılar.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)