Sabah Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.
Sayca 30-cu – yubiley yarışı 10 gün davam edəcək.
Qitənin 16 ən güclü voleybol komandası 2 ölkənin 3 şəhərində mübarizə aparacaq. Qrup mərhələsində 4 “dördlüy”ə bölünən yığmalar mükafatlar uğrunda mübarizəyə start verəcək.
Bu qruplardan biri Gürcüstan, biri Göygöl və ikisi Bakıda bir araya gələcək. Meydan sahibi kimi, birbaşa yarışa qatılan Azərbaycan yığması da paytaxtımızda çıxış edəcək. Faiq Qarayevin yetirmələri A qrupunda Polşa, Macarıstan və Almaniya ilə üz-üzə gələcəklər.
Ardıcıl 7-ci dəfə qitə çempionatına qatılan yığmamız qrup qalibi adı uğrunda Polşa ilə mübarizə aparacaq. Macarıstan zəngin voleybol ənənələri ilə seçilmədiyindən nəsildəyişmə dövrünü yaşayan bundestim isə ölkəmizə yenilənmiş heyətlə gəldiyindən onların 2 favoritin mübarizəsinə qoşulması inandırıcı görünmür. Yığmamız isə pley-off mərhələsindən qaçaraq, birbaşa 1/4 finala yüksəlmək üçün mütləq birinci olmalıdı. Çünki ikinci pillənin sahibi digər qrupun üçüncüsü ilə ən yaxşı “səkkizliy”ə düşmək uğrunda yarışacaq.
Tarixində heç vaxt Avropa çempionatının medalını qazanmayan millimiz ilkə doğma divarlar arasında imza atmağa köklənib. Uzunmüddətli hazırlıq prossesi də Avro-2005-də qeydə alınan rekordumuzu unutdurmağa hesablanıb. 12 il əvvəl qitənin 4-cüsü olan komandamızda olduğu kimi, bu dəfə də heyətdə böyük təcrübəyə malik voleybolçular yer alıb. Düzdü, yekun heyət hələ açıqlanmasa da, Qarayevin sərəncamında olan 16 oyunçu arasında Avropada özündən söz etdirmiş Natalya Məmmədova, Polina Rəhimova, Valeriya Məmmədova kimi oyunçular var. Onlarla yanaşı, Ayşən Abduləzimova, Yuliya Kərimova, Şəfaqət Həbibova, Aynur Kərimova, Olena Həsənova, Anastasiya Qurbanova, Kristina Yaqubova, Kseniya Poznyak, Oksana Kiselyova, Odina Bayramova, Yana Kulan, Yekaterina Jidkova və Yelizaveta Səmədova kimi oyunçular da var.
Son böyük turnirlərlə – Avropa və dünya çempionatları ilə müqayisədə daha samballı heyət toplayan Qarayev hər mövqedə rəqabət yaratmağı bacarıb. Bu da azarkeş dəstəyindən heç vaxt korluq çəkməyən yığmamızın fanatlarını sevindirmək gücündə olduğundan xəbər verir.
Öz oyunlarında uğur qazanmağa borclu olan yığmamız eyni zamanda C qrupunun oyunlarını da maraqla izləmək məcburiyyətindədi. Çünki növbəti mərhələdə Bakıda Milli Gimnastika Arenasında mübarizə aparacaq 2 qrupun komandaları bir-birinə rəqib olacaq. Bu həm pley-off, həm də 1/4 final mərhələsinə aiddi. C qrupunda isə kifayət qədər güclü yığmalar yer alıb. Avropa çempionatlarının ən titullu komandası olan Rusiya millisinin adını çəkmək kifayətdi. Son 2 yarışın qalibi adını qazanan şimallılar bu dəfə də qızıl dalınca gəldiklərini özləri də gizlətmirlər. Lakin Türkiyə və Bolqarıstan kimi güclü rəqiblərlə eyni qrupda çıxış edəcək qonşularımız üçün o qədər də asan olmayacaq. Çünki “ay-ulduzlular” da kifayət qədər iddialı, bolqarlar isə sensasiyaya “acdı”lar. Qrupun aşkar autsayderi Ukrayna sayılsa da, onlar istənilən rəqibi büdrətmək gücündədilər.
Daha 4 komanda Azərbaycanda mübarizə aparacaq. Tarixində ilk dəfə nüfuzlu voleybol yarışına ev sahibliyi edəcək Göygöl Olimpiya Kompleksi elə startdaca “ölüm qrupu”na qucaq açacaq. Avropa çempionatının medallarına iddialı Hollandiya, Serbiya, Belçika və Çexiya yarışla erkən vidalaşmamaq üçün döyüşəcək. Qrup sonuncuları üçün yarışın vaxtından əvvəl bitdiyini nəzərə alsaq, Göygöldə çıxış edəcək komandalar digər şəhərlərdə oynamadan vətənlərinə dönmək istəməyəcək. Hər halda, digərləri ilə müqayisədə çexlərin şansı daha aşağı qiymətləndirilir.
Azərbaycanla birgə Avro-2017-yə ev sahibliyi edən Gürcüstan isə yalnız bir qrupun görüşlərini qəbul edəcək. B qrupunun aşkar autsayderi elə ev sahiblərinin özüdü. Tarixində ilk dəfə belə bir yarışda iştirak edən qonşularımız Tiflisdə heç olmasa set və ya xal qazanmaq üçün mübarizə aparacaq. Çünki iddialı İtaliya və Xorvatiya ilə görüşdə gürcüstanlıların heç bir şansı yoxdu. Bu 2 yığma kimi Belarusun da böyük istəklə yarışa qatıldığını nəzərə alsaq, bu 3 milli arasında da mübarizənin gərginliyini qeyd etmək olar.
Avro-2017 həm də ilk dəfə postsovet məkanında təşkil olması ilə tarixə düşəcək. Çünki indiyədək nə sabiq SSRİ-də, nə də onun parçalanmasından sonra yaranan ölkələr bu turniri qəbul edib. Yarışın əsas favoritlərinə gəlincə, Rusiya ilə yanaşı, son turnirin digər 2 mükafatçısı Serbiya və Hollandiya yenidən medal qazanmaq arzusundadı. Ölkəmizdə kifayət qədər sevilən Türkiyə millisi də özünü evindəki kimi hiss edib, bundan yararlanmağa çalışacaq. İtaliya isə əvvəlki illərini xatırlatmaq üçün bütün gücünü səfərbər edəcək. Yığmamızın da medalçılar sırasına düşmək iddiasını da nəzərə alsaq, əsas mərhələ oyunlarının keçiriləcəyi Bakı gərgin və maraqlı yarışa şahid olacaq. Çünki qrup mərhələsindən sonrakı oyunların hamısı paytaxtımızda baş tutacaq.
Bir sıra mötəbər yarışlara ev sahibliyi edən Bakıda baş tutacaq həlledici qarşılaşmaların intriqasını təkcə medallar uğrunda mübarizə artırmayacaq. Çünki yüksək yer tutan komandalar növbəti Avropa çempionatına vəsiqə qazanacaq. Həmin turnirin seçmə mərhələsindən azad olmaq üçün 1/4 finala vəsiqə kifayətdi. Hətta bəzi pley-off iştirakçıları da bu güzəştdən yararlana bilər. Növbəti yarışın ev sahibləri – Türkiyə, Macarıstan, Çexiya və Polşanın ilk “səkkizliy”ə düşməsi növbəti yerlərin sahiblərinin önündə “yaşıl işıq” yandıracaq. Buna səbəb Avro-2019-da 16 deyil, 24 komandanın final mərhələsində çıxış etməsidi.
A qrupu (Bakı)
Azərbaycan
Toppaylayıcılar: Şəfaqət Həbibova, Kristina Yaqubova;
Blokçular: Ayşən Abduləzimova, Kseniya Poznyak, Olena Həsənova, Aynur Kərimova;
Hücumçular: Natalya Məmmədova, Polina Rəhimova, Yana Kulan, Yelizaveta Səmədova, Odina Bayramova, Yekaterina Jidkova, Anastasiya Qurbanova;
Liberolar: Valeriya Məmmədova, Oksana Kiselyova, Yuliya Kərimova;
Baş məşqçi: Faiq Qarayev
Polşa
Toppaylayıcılar: Marlena Pleşnierovij, Yoanna Voloş;
Blokçular: Susanna Efimienko-Mlotkovska, Aqnieşka Kakolevska, Maya Tokarska;
Hücumçular: Roksana Brzoska, Martina Qrajber, Patrisya Polak, Natalya Murek, Yulia Tvardovska, Monika Bociek, Malvina Smarzek;
Liberolar: Aleksandra Krzos, Vitkovska Aqata;
Baş məşqçi: Yatsek Navrotski
Macarıstan
Toppaylayıcılar: Reka Bleyçer, Jujanna Talas;
Liberolar: Renata Şpin, Fruşina Tot;
Blokçular: Edina Dobi, Eçter Naqi, Viktoriya Naqi;
Hücumçular: Bernadett Dekani, Rita Liliom, Nikolett Sus, Qreta Szakmari, Kata Török, Lilla Villam;
Baş məşqçi: Alberto Salomoni
Almaniya
Toppaylayıcılar: Deniz Hanke, İrina Kemmisi;
Blokçular: Mari Şoeltsel, Cennifer Pettke, Leoni Şvertmann, Liza Qründinq;
Hücumçular: Luiza Lippmann, Lena Stiqrot, Maren Fromm, Cennifer Qirties, Yana-Fransiska Poll, Tanya Qrosser;
Liberolar: Lenka Dürr, Anna Poqani;
Baş məşqçi: Feliks Kozlovski
B qrupu (Tiflis)
İtaliya
Toppaylayıcılar: Alessia Orro, Karlotta Kambi;
Blokçular: Sara Bonifaço, Kristina Çiriçella, Anna Danesi, Rafaela Foli;
Hücumçular: Katerina Bosetti, Lusia Bosetti, Sara Lod, Valentina Tirozzi, Paola Eqonu, İndre Sorokayte;
Liberolar: Monika de Cennaro, Biatris Parroççhial;
Baş məşqçi: Davide Mazzanti
Belarus
Toppaylayıcılar: Olqa Palçevskaya, Anna Jaafar;
Blokçular: Anna Kalinovskaya-Qyunqer, Darya Volodko, Anjelika Boriseviç;
Hücumçular: Oksana Kovalçuk, Anna Klimets, Tatyana Markeviç, Nadejda Smirnova, Anastasiya Qarelik, Marina Pavlova, Tatyana Serik;
Liberolar: Yelena Fedorinçik, Olqa Pavlyukovskaya;
Baş məşqçi: Pyotr Xilko
Xorvatiya
Toppaylayıcılar: Ana Qrbac, Marsella Şaini;
Blokçular: İvana Miloş-Prokopiç, Ema Strunyak, Beta Dumanjiç, Bernarda Çutuk;
Hücumçular: Samanta Fabris, Katarina Barun-Şuşnyar, Katarina Luketiç, Matea İkiç, Lusiya Mlinar, Nika Stanoviç;
Liberolar: Nikolina Bojiçeviç, Rene Sain
Baş məşqçi: İqor Lorinov
Gürcüstan
Toppaylayıcılar: Ana Maryam Kipşidze, Qvantsa Markaraşvili;
Blokçular: Mariam Gaprindaşvili, Maria Tsarenko, Tinatin Tçautçidze;
Hücumçular: Svetlana Sosnovskaya, Qvantsa Ulumbelaşvili, Julieta Sanadze, İrina Çelidze, Ana Batsatsaşvili, Ann Kalandadze;
Liberolar: Nino Korayevi, Mariam Beriaşvili;
Baş məşqçi: Paata Ulumbelaşvili
C qrupu (Bakı)
Rusiya
Toppaylayıcılar: Yekaterina Pankova, İrina Filiştinskaya;
Blokçular: Yekaterina Yevdokimova, Yekaterina Yefimova, İrina Koroleva, İrina Fetisova;
Hücumçular: Nataliya Qonçarova, Tatyana Koşeleva, Mariya Frolova, İrina Voronkova, Kseniya Parubets, Yana Şerban;
Liberolar: Svetlana Kryuçkova, Yekaterina Tretyakova.
Baş məşqçi: Konstantin Uşakov
Ukrayna
Toppaylayıcılar: Yelena Novqorodçenko, Aleksandra Peretyatko;
Blokçular: Svetlana Dorsman, İrina Truşkina, Yuliya Qerasimova, İnna Molodtsova;
Hücumçular: Tatyana Kozlova, Nadejda Kodola, Anna Stepanyuk, Anastasiya Çernuxa, Karina Yurçenko, Anna Kiriçenko;
Liberolar: Viktoriya Delros, Alina Stepançuk;
Baş məşqçi: Qari Yeqizarov
Türkiyə
Toppaylayıcılar: Naz Akyol, Qamze Alikaya;
Blokçular: Eda Erdem Dündar, Kübra Çalışkan, Bahar Toksoy;
Hücumçular: Polen Uslupehlivan, Meryem Boz, Gözde Kırdar, Güldeniz Önal, Neriman Özsoy, Hande Baladin, Tuğba Şenoğlu;
Liberolar: Merve Dalbeler, Gizem Örge, Simge Aköz;
Baş məşqçi: Covanni Quidetti
Bolqarıstan
Toppaylayıcılar: Lora Kitipova, Diana Nenova;
Blokçular: Xristina Ruseva, Nasya Dimitrova, Straşimira Filipova, Mariya Dançeva;
Hücumçular: Emilia Nikolova, Elitsa Vasileva, Dobriana Rabadjiyeva, Yeva Yaneva, Qerqana Dimitrova, Miroslava Paskova;
Liberolar: Mariya Filipova, Zana Todorova;
Baş məşqçi: İvan Dimitrov
D qrupu (Göygöl)
Serbiya
Toppaylayıcılar: Boyana Jivkoviç, Sladyana Mirkoviç;
Blokçular: Mina Popoviç, Stefana Velykoviç, Yovana Stevanoviç, Milena Raşiç;
Hücumçular: Ana Byelitsa, Tiyana Boşkoviç, Bianka Buşa, Tiyana Maleşeviç, Brankitsa Mihayloviç, Boyana Milenkoviç;
Liberolar: Teodora Puşiç, Yelena Blaqoyeviç;
Baş məşqçi: Zoran Terziç
Çexiya
Toppaylayıcılar: Katerina Valkova, Pavla Vinkourova;
Blokçular: Barbora Purçartova, İva Naçmilnerova, Katerina Kohoutova, Veronika Struşkova;
Hücumçular: Aneta Havliçkova (Kosmanova), Marie Toufarova, Helena Havelkova, Mihaela Mlejnkova, Petra Kojdova, Andrea Kossanyiova;
Liberolar: Veronika Dostalova, Nikola Vankova;
Baş məşqçi: Zdenek Pommer
Belçika
Toppaylayıcılar: İlka Van de Vyver, Yasmin Biebau;
Blokçular: Freya Aelbrext, Laura Heyrman, Maries Yanssens, Natalye Lemmens;
Hücumçular: Lize Van Hecke, Kaya Qrobelna, Britt Herbots, Şarlotta Leys, Yodie Quilliams, Selin Van Qestel;
Liberolar: Amber De Tant, Valerye Kurtua;
Baş məşqçi: Gert Van de Broek
Hollandiya
Toppaylayıcılar: Laura Dijkema, Femke Stoltenborq
Blokçular: Yvon Belien, Robin de Kroyf, Tessa Polder, Nikole Kulhaas;
Hücumçular: Seleste Plak, Lonneke Sloetyes, Maret Balkesteyn-Qrotues, Enn Buijs, Marrit Yesper, Nika Daalderop;
Liberolar: Kirsten Knip, Mirte Şut
Baş məşqçi: Ceymi Morrison
Avropa çempionatının təqvimi
A qrupu (Bakı)
22 sentyabr
18:00. Macarıstan – Azərbaycan
20:30. Polşa – Almaniya
23 sentyabr
18:00. Polşa – Macarıstan
24 sentyabr
18:00. Azərbaycan – Polşa
20:30. Almaniya – Macarıstan
25 sentyabr
18:00. Azərbaycan – Almaniya
B qrupu (Tiflis)
22 sentyabr
17:00. İtaliya – Gürcüstan
20:00. Belarus – Xorvatiya
23 sentyabr
17:00. Gürcüstan – Xorvatiya
20:00. İtaliya – Belarus
24 sentyabr
17:00. Gürcüstan – Belarus
20:00. Xorvatiya – İtaliya
C qrupu (Bakı)
22 sentyabr
15:30. Ukrayna – Rusiya
23 sentyabr
15:30. Bolqarıstan – Ukrayna
20:30. Türkiyə – Rusiya
24 sentyabr
15:30. Bolqarıstan – Türkiyə
25 sentyabr
20:30. Türkiyə – Ukrayna
D qrupu (Gəncə/Göygöl)
22 sentyabr
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya – Belçika
23 sentyabr
17:00. Çexiya – Belçika
20:00. Serbiya – Hollandiya
24 sentyabr
17:00. Belçika – Serbiya
20:00. Çexiya – Hollandiya
26 sentyabr
18:00. B2 – D3
20:30. D2 – B3
27 sentyabr
18:00. A2 – C3
20:30. C2 – A3
28 sentyabr
1/4 final
18:00. B1 – D2/B3
20:30. D1 – B2/D3
29 sentyabr
18:00. A1 – C2/A3
20:30 C1 – A2/C3
30 sentyabr
Yarımfinal
18:00. A1/C2/A3 – B1/D2/B3
20:30. C1/A2/C3 – D1/B2/D3
1 oktyabr
16:00. Bürünc medal uğrunda
19:00. FİNAL