VI Uşaq Paralimpiya İdman Oyunları COVID-19 pandemiyası ilə bağlı yumşalmaları nəzərə alaraq, bu il mərhələli şəkildə 5 idman növü üzrə keçirilmişdir. Oyunlarda respublikanın müxtəlif regionlarından, eyni zamanda Naxçıvan Muxtar Respublikasından olan paralimpiyaçı uşaqlar iştirak etmişlər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, cüdo, pauerliftinq, stolüstü tennis, taekvondo və üzgüçlük idman növləri üzrə müxtəlif kateqoriyalarda ümumilikdə 100-dən artıq fiziki məhdudiyyətli uşaqların iştirak etdiyi Oyunlarda 21 dəst medal uğrunda mübarizə aparılmışdır.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin üzgüçülüləri Tokio 2020 Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov və Tokio 2020-nin iştirakçısı Dana Şandıbina Uşaq Paralimpiya Komitəsinin yetirmələridir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə “Azercell Telekom” MMC və UNICEF-in Azərbayandakı nümayəndəliyinin dəstəyi yaradılmışdır. 2015-ci ildən başlayaraq hər il ənənəvi olaraq Uşaq Paralimpiya İdman Oyunları keçirilir.