Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Sabirabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, idarə əməkdaşları əməliyyat zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri-baş memarı Müşviq Vidadi oğlu Qasımov saxlanılıb.
M.Qasımovun rüşvət alarkən yaxalandığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.