Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib. O, qəfil dünyasını dəyişib.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, Ramin Vəlizadə Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyevin qardaşı oğludur.
Qeyd edək ki, R.Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.