Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov koronavirusdan vəfat edib.

Dövlət Komitəsindən faktı AzerTimes-a təsdiq ediblər.

A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb. 2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri kimi çalışırdı.

Twitter: @ElchinMehdiyev

Teqlər: