Azərbaycanda vəzifəli qadın vəfat etdi

Azərbaycanda vəzifəli qadın vəfat etdi

Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

AzerTimes Report-a istinadla xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra başçısının müavini və İcra başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Teqlər: