Azərbaycanda verilən kreditlərin həcmi 20 faizdən çox artıb

2022-ci ilin martında Bakıda və regionlarda verilmiş kreditlərin
həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,13 faiz artaraq 17,528
milyard manat təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Mart ayında Bakı şəhərində verilən kreditlərin həcmi 13,699
milyard manat təşkil edib ki, bu regionlar üzrə göstəricidən 3,57
dəfə çox olub.

Bakıda milli valyutada kreditlərin həcmi 9,389 milyard manat
(paytaxt üzrə ümumi kreditləşmənin 68,54 faizi) təşkil edib.

Ölkədə kreditləri üzrə orta illik faiz dərəcəsi 11,86 faiz,
Bakıda 10,34 faiz olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: