Azərbaycanda vergi orqanlarının rəqəmsallaşma sahəsində layihələri nağdsız ödənişlərin inkişafına kömək göstərir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda vergi orqanlarının rəqəmsallaşma sahəsində layihələri nağdsız ödənişlərin inkişafına kömək göstərir.

Bunu AzerTimes-a İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, nağdsız ödənişlərə keçidin təmin olunmasında vacib rol oynayan rəqəmsal texnologiyaların istifadəsinin genişləndirlməsinin əsas istiqamətlərindən biri yeni nəsil kassa aparatlarının tətbiq olunmasıdır:

“Yeni nəsil kassa aparatlarının istifadəsinin genişlənməsi artıq öz səmərələi nəticələrini göstərir, eyni zamanda ticarət dövriyyəsinin şəffaf bəyan olunması prosesi də sürətlənir”.


Nazirlikdən bildiriblər ki, 2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sahələrində işləyən hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin məbləğinə mütənasib olaraq vergi güzəştləri tətbiq olunur:

“Vergi Məcəlləsinə uyğun olaraq kommersiya və ya ictimai fəaliyyət göstərən hüquqi şəxslərin və fərdi sahibkarların gəlir vergisinin həcmi 2019-cu il yanvarın 1-dən üç il müddətinə 25 faiz azaldılıb”.

Twitter: agdzhaev

Teqlər: