Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb.
Bu barədə AzerTimes-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkillərin fəaliyyətində daha çox aşağıdakı hallarla bağlı pozuntu müəyyən edilib:
1.Dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi,
2.Müqavilədənkənar pul vəsaitinin alınması,
3.Hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması,
4.Qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s.