Azərbaycan Vəkillər Kollegiyası bölgələrdə də hüquqi yardımın
keyfiyyətinin artırılması ilə bağlı tədbirləri davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının Aparat
rəhbəri Bayram Orucov deyib. O bildirib ki, vəkil bürolarının sayı
3 dəfəyədək artaraq 114-ə çatıb, bölgələrdə bir çox vəkil bürosu
əsaslı təmir edilib, maddi-texniki baza ilə təchiz edilib,
vətəndaşlar üçün hüquqi yardımın əlçatanlığının təmin edilməsi
barədə çoxsaylı digər işlər görülüb.
Bundan başqa, hazırki Rəyasət Heyətinin seçilməsindən sonra, ilk
dəfə 2018-ci ildən etibarən, səyyar şəkildə ödənişsiz hüquqi yardım
aksiyaları hər həftə fərqli rayonlarda həyata keçirilir.
“Nəticə etibarilə, ötən dövr ərzində regionlarda 25 min
vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Çox sevindirici
haldır ki, Milli Məclisin deputatları, çoxsaylı dövlət qurimları da
maraq göstərərək, bu aksiyalara ötən ildən etibarən aktiv şəkildə
qoşulur və sözügedən aksiyalar daha kütləvi şəkildə həyata
keçirilir.
Bu qeyd edilən fəaliyyət vətəndaşların keyfiyyətli hüquqi
yardıma çatımlılığının təmin edilməsi məqsədi ilə həyata keçirilən
sahələrdən sadəcə biridir və bu kimi işlər daha da peşəkar şəkildə
həyata keçiriləcəkdir”, – Aparat rəhbəri deyib.