Azərbaycanda vəhhabilərə qarşı sərt qadağa qoyuldu

Azərbaycanda vəhhabilərə qarşı sərt qadağa qoyuldu

İyulun 21-dən vəhhabilərin ibadət etdiyi Xaçmazın Köhnə Xudat kənd məscidinə sərt məhdudiyyətlər tətbiq olunub.  

Dindarlar yalnız cümə günlərində cümə namazında ibadət edə biləcəklər, qalan günlər isə məscid bağlı olacaq.

Faktı Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Quba şöbəsinin müdiri Eynulla Nurullayev təsdiqləyərək həmin məsciddə müəyyən problemlər olduğunu deyib. Onun sözlərinə görə, burada ibadət edən insanlar məscidin imamı Vahid Hacıyevi tanımaq istəmirdilər, müəyyən xoşagəlməz hallar yaranırdı.

“Bütün bunları nəzərə alaraq burada yeni dini icma yaradılması qərara alınıb. Vahid Hacıyevin yenidən məscidin imamı olması məqsədəuyğun hesab edilib. Hazırda sənədlər hazırlanır. Qafqaz Müsəlmanları İdarəsi icmanın yaradılmasını həyata keçirəndən sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi İdarəsi olaraq bizim qurum da icmanı təsdiq edəcək” deyə Eynulla Nurullayev bildirib.

Xatırladaq ki, Ramazan bayramı günündə bu məsciddə iki qrupa bölünmüş vəhabilər arasında ciddi qarşıdurma yaranaraq dava-dalaşa baş vermişdi.