Azərbaycanda vaksinlərin alınması üçün xərclənən pulun həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı
mabrizə tədbirləri üçün 800,8 milyon manat (o cümlədən dövlət
büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta
Fondunun vəsaitindən 279,9 milyon) manat istifadə olunub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında hesabatında əksini tapıb.


Ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına,
165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin
ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların
fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi
ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin
alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.

Teqlər: