Azərbaycanda vaksinasiya yaşı azaldıla bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda vaksinasiya üçün aşağı yaş həddinin azaldılması məsələsinə baxılır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu istiqamətdə hər hansı bir qərar yoxdur, ancaq məsələ müzakirə olunmaqdadır.


Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev də parlamentdə vaksinasiya yaşının azaldılmasını təklif edib. O qeyd edib ki, virusa yoluxma sürətlə artmaqdadır və bu baxımdan vaksinasiya yaşının azaldılması vacibdir.

Hazırda Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər vaksinasiyaya cəlb edilib. 12-18 yaşlı yeniyetmələrin peyvənd olunması üçün isə vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb olunur.

Teqlər: