Azərbaycanda vaksin hazırlanması üçün potensial var – İnstitut direktoru

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bu gün bir çox ölkələr COVİD-19 virusuna qarşı vaksin hazırlayır. COVİD-19 pandemiyası başladıqdan sonra qonşu Türkiyənin 7-8 fərqli laboratoriyasında koronavirusa qarşı müxtəlif növ vaksinlərin hazırlanması üçün işlər aparılır. Məncə, bir ölkə olaraq, Azərbaycanda da bununla bağlı potensial mövcuddur. Ölkəmizin iqtisadi potensialı, inkişaf səviyyəsi imkan verir ki, bu sahənin inkişafı mümkün olsun.

Bunu AzerTimes-a akademik Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksinin hazırlanması işinin Azərbaycanda gercəkləşməsinin mümkünlüyünə inanır:

“Dünyada hər bir ölkə özünün milli vaksinini yaratmağa çalışır. Bunun əsas səbəbləri dəyişən dünyada ölkələrin bir-birinin hazırladığı vaksinə şübhə ilə yanaşması, hər bir ölkənin özünün vaksin istehsal edib ona inanmaq istəyi, öz ölkəsinin əhalisini vaksinlə daha yaxşı təmin etməyə çalışmasıdır. Digər tərəfdən, vaksin yaratmağın məqsədi başqa ölkədən asılığı aradan qaldırmaqdır. Bu, ölkəyə həm də iqtisadi baxımdan gəlir gətirmək deməkdir. Digər səbəb də odur ki, bazarda satış üçün vaksin olmaya da bilər. Ola bilər ki, ölkələrdə ikinci, üçüncü vaksinasiya da aparılsın. Belə bir durumda vaksinlərə ehtiyac daha da arta bilər”.

Teqlər: