2022-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
AzerTimes xəbər verir ki, ötən il Azərbaycanda oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.
Oğlanlarda: Uğur – 2032 nəfər, Əli – 1865, Hüseyn – 1752, Yusif – 1656, Məhəmməd – 1256.
Qızlarda: Zəhra – 1820 nəfər, Aylin – 1504, Məryəm – 1484, Zeynəb – 1476, Fatimə – 1263.