Azərbaycanda un ucuzlaşdı

Azərbaycanda un ucuzlaşdı

Azərbaycanda un ucuzlaşıb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib və bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb.

Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görürdülər.

Dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.

Teqlər: