Azərbaycanda ümumi qaz hasilatı 6 faizdən çox artıb

Xəbər - Ləman Zeynalova – Trend:

2020-ci ildə Azərbaycanda ümumi qaz hasilatı 2019-cu illə müqayisədə 6,57 faiz artaraq 35,34 milyard kubmetr təşkil edib.

Trend bu barədə Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) illik statistik bülleteninə istinadən məlumat verir.

Bülletendə qeyd olunur ki, Azərbaycanda ümumi qaz hasilatı 2011-ci ildə 24,58 milyard kubmetr, 2012-ci ildə 26,4 milyard kubmetr, 2013-cü ildə 27,85 milyard kubmetr, 2014-cü ildə 28,22 milyard kubmetr, 2015-ci ildə 27,83 milyard kubmetr, 2016-cı ildə 27,91 milyard kubmetr, 2017-ci ildə 27,07 milyard kubmetr, 2018-ci ildə 28,41 milyard kubmetr, 2019-cu ildə isə 33,16 milyard kubmetr təşkil edib.

Ötən il Azərbaycanda 25,14 milyard kubmetr əmtəə qazı hasil olunub ki, bu da 2019-cu illə müqayisədə 10,07 faiz çox olub.

Qeyd edək ki, GECF-in məlumatına əsasən, Azərbaycanda 2020-ci ildə təsdiq olunmuş təbii qaz ehtiyatları 1,917 trilyon kubmetr təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: