2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6,7
faiz, o cümlədən qeyri-neft sektoru üzrə 10,1 faiz artıb.
Azərbaycan Mərkəzi Bankından Trend-ə verilən məlumata görə, qeyri-neft
sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınıb.
“İqtisadi artım qeyri-neft sənayesində 19,8 faiz, kənd
təsərrüfatında 3,1 faiz, tikintidə 6,5 faiz olub. Ümumilikdə,
2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz
sektorunun ticari sahələrində 14 faiz, qeyri-ticari sahələrində isə
9,2 faiz təşkil edib”, – məlumatda deyilir.
Həmçinin, qeyd olunur ki, məcmu tələbdə 2021-ci ildən başlanan
genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında
pərakəndə ticarət dövriyyəsi 3 faiz, əhaliyə göstərilən ödənişli
xidmətlərin həcmi isə 5 faiz artıb. İnvestisiyaların 2 ayda ümumi
dəyişimi neqativ olsa da (2,1 faiz) qeyri-neft investisiyalarının
artımı 12,1 faiz təşkil edib. İlin sonuna əsasən dövlət
investisiyaları hesabına investisiya tələbinin tam bərpası
gözlənilir.
(Tərcümə: Orxan Nəbiyev)