2021-ci ilin 11 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul real ifadədə 5,3 faiz, o cümlədən, qeyri neft-qaz sektoru üzrə 6,4 faiz artıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
“Qeyri neft-qaz sənayesində 20,9 faiz, kənd təsərrüfatında 3,8 faizlik iqtisadi artım qeydə alınıb. İqtisadiyyatda məşğulluq səviyyəsi artmaqda davam edir. 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3 faiz, o cümlədən ərzaq məhsulları üzrə 2,7 faiz artıb”, – Mərkəzi Bankın məlumatında deyilir.
Qeyd olunur ki, məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr iqtisadiyyatın 2022-ci ildə öz potensialına yaxın səviyyədə artacağını göstərir.